Tbilisidə rezin güllələr işə düşdü

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən kütləvi aksiyada üç polis əməkdaşı yaralanıb. SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aksiyanın keçirildiyi yerdə “yetəri sayda təcili yardım briqadası səfərbər olunub, tibb işçiləri vətəndaşları bütün lazımi dərmanlarla təmin edir”.

“Bu vaxta qədər hüquq-mühafizə orqanlarının üç əməkdaşı xəstəxanaya yerləşdirilib”, - məlumatda diqqətə çatdırılıb.

Qeyd edək ki, aksiya iştirakçılarını dağıtmaq üçün polis rezin güllələrdən istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə