Rusiya üçün xüsusi tribunalın yaradılması istiqamətində mühüm addım...

...Avropa Şurasının Nazirlər Komitəsi Şuranın Baş katibi Mariya Peyçinoviç-Buriçə Ukrayna və Avropa Şurası arasında Tribunalın faktiki yaradılmasına dair potensial saziş layihəsinin hazırlanmasına başlamağı tapşırıb.

SİA bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Ukrayna Xarici İşlər Nazirliyinin bəyan etdiyi kimi, bu, Rusiya tərəfindən törədilən cinayətlər üzrə xüsusi tribunalın yaradılması istiqamətində “vacib praktiki addımdır”.

...Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna tam fəaliyyət göstərən tribunalın tam ədaləti təmin etməsi üçün fəaliyyətini davam etdirəcək.

...Bu, təkcə Rusiyanın təcavüzü nəticəsində əziyyət çəkən bütün ukraynalılar üçün deyil, həm də dinc və təhlükəsiz dünyada yaşamaq istəyən bütün xalqlar üçün çox vacibdir.

Bunu Kuleba yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə