Əgər Çasov Yar rusların əlinə keçərsə...

...təbii ki, bu, onların irəliləməsini sürətləndirə bilər

...Rusiya və Ukrayna qoşunları indi Konstantinovka ilə Baxmut arasındakı strateji əhəmiyyətli təpədə yerləşən Çasov Yar şəhəri uğrunda döyüşürlər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Almaniyanın “Der Spiegel” jurnalı yazır.

Deyilənlərə görə, əvvəllər 12 mindən artıq əhalisi olan Çasov Yarda indi cəmi bir neçə yüz nəfər qalıb.

Yenə də deyilənlərə görə, əgər ruslar Çasov Yarı ələ keçirsələr, bu halda ətrafdakı şəhərlər üzərində atəşə nəzarəti ələ almış olacaqlar.

Hazırda, deyildiyi kimi, Ukraynanın beşinci hücum briqadası Baxmut və Çasovıy Yar arasındakı İvanovskoye kəndinin müdafiəsini davam etdirir.

Bu arada komandir müavini Mixail Onufer mümkün ərazi itkisinin nəticələri barədə xəbərdarlıq ediç.

Onun dediyinə görə, ruslar bu hündürlüyü zəbt edərsə, o, öz hava hücumundan müdafiə sistemlərini yaxınlaşdıra, avadanlıqları binalar arasında gizlədə bilər və biz atəş gücümüzü geri çəkməyə məcbur olarıq.

Onufer kənddən kəndə mürəkkəb səngər müharibəsindən danışaraq, hazırda ərazidə ukraynalı əsgərlərin uzun müddət dayana bildiyi zavodlar kimi böyük binaların olmadığını da xatırladıb.

... Bu, Kiyev üçün xüsusilə problemlidir, çünki ruslar cənubdan Konstantinovkaya təzyiq göstərirlər. Onlar Oçeretinoda Ukrayna müdafiəsini qıraraq irəliləməyə davam edirlər. Bir az şimalda vəziyyət o qədər də təhlükəli olmasa da, amma pisləşmək təhlükəsi yaradır.

Bu arada amerikalı hərbi ekspert Rob Li, rusların Çasov Yara ehtiyat qüvvələr gətirdiyini və tezliklə şəhərə hücum edə biləcəyini istisna etməyib.

Yeri gəlmişkən, ukraynalıların indi cəbhədə kadr və sabit müdafiə xətləri yoxdur və amerikalılardan yeni yardım paketi isə yavaş-yavaş gətirilir. Ona görə də Kiyev qoşunlarının şəhəri saxlaya biləcəyi şübhə doğurur.

Bundan əlavə, ukraynalılar tükənməklə yanaşı, həm də yorğundurlar.

Bundan əlavə onların texnikası da köhnəlib.

...Çasov Yar rusların əlinə keçərsə, bu, onların irəliləməsini sürətləndirə bilər. Konstantinovkanı əldə etməklə onlar Donbasda Ukraynanın regiondakı ən mühüm müdafiə mövqeləri olan Kramatorsk və Slavyanska aparan mühüm təchizat xəttinə çıxış əldə edəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə