ABŞ-də yüzlərlə insan həbs olunub

ABŞ-da ən azı 16 ştatda Fələstinə dəstək nümayişlərində iştirak edən yüzlərlə tələbə həbs edilib. SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Tələbələr 20-dən çox universitet şəhərciyində etirazlarını davam etdirirlər. “Associated Press”in məlumatına görə, ABŞ polisi Amerika universitetlərinin ərazisində keçirilən Fələstin tərəfdarı nümayişlərdə 900-dən çox adamı həbs edib. Amerika şəhərciklərində kütləvi etirazlar dinc oturaq aksiyalardan tutmuş polis və israilyönlü fəallarla toqquşmalara qədər dəyişir.

ABŞ kampuslarında həbslər dalğası aprelin 18-də Kolumbiya Universitetinin rektoru Minuş Şafikin Nyu-York polisindən etirazçıları universitetdən uzaqlaşdırmağa kömək istəməsindən sonra başlayıb. Qərar Manhetten şəhərciyində 100-dən çox həbsə səbəb oldu və ölkə daxilində yeni etiraz dalğaları yaradıb.

Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” universitet rəsmilərinin Fələstinə dəstək məqsədilə keçirilən tələbə nümayişlərinə reaksiyasının çox sərt olduğunu və iştirakçıları dinc etiraz hüququndan məhrum etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə