“Belarusu partladın": belaruslu tələbələrdən ibarət “dəstə” saxlanılıb

Minskdə Ukrayna xüsusi xidmət orqanları tərəfindən belaruslu yeniyetmələrin işə götürülməsi barədə məlumat yayılıb...

Bu arada Ukrayna xüsusi xidmət orqanları belaruslu yeniyetmələri işə cəlb edirmiş.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Belarusun dövlət telekanalı ONT yayıb.

Deməli, yerli KİV Minskdə Belarus Milli Texniki Universitetinin Kiyev tərəfindən işə götürülən tələbələrinin müəyyən edildiyini qeyd edir.

Belarus mətbuatının yazdığına görə, dəstə artıq saxlanılıb. Telekanal iddia edir ki, işə götürülən bir qrup yeniyetmə guya “Belarusu partlatmağa” hazırlaşırmış.

Materialda ukraynalı Mariya Misyuk və “qara bülbüllər”in rəhbərlik etdiyi terror qruplaşmasından, həmçinin təşkilatçıların və işə cəlb olunanların cinayət planlarından bəhs edilir.

Xatırladaq ki, bundan əvvəl Minskdə digər ölkələrin kəşfiyyat xidmətləri Belarus vətəndaşlarını işə cəlb etməyə cəhddə ittiham olunurdu.

Məsələn, məlumat yayılıb ki, Litva və Latviya belarusları və rusları sərhəd-keçid məntəqələrində işə götürməyə çalışır. ...Bunu Dövlət Sərhəd Komitəsinin rəhbəri Konstantin Molostov deyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə