Baydenin oğlu “Fox News”u böhtana görə məhkəməyə verməklə hədələyib

Amerika liderinin oğlu Hanter Bayden “Fox News” kanalını böhtan, onun imicindən istifadə və qeyri-qanuni yolla əldə edilmiş fotoşəkilləri dərc etdiyinə görə məhkəmə işi ilə hədələyib. SİA xəbər verir ki, bu barədə sərəncamında müvafiq məktub olan Axios informasiya portalı məlumat yayıb.

Telekanala göndərilən sənəddə Baydenin hüquq qrupu “Fox News”un qaçılmaz məhkəmə iddiası gözlədiyini qeyd edib və onun aparıcılarından, o cümlədən Şon Henniti, Cessi Uoters və Maria Bartiromodan proses zamanı lazım ola biləcək sənədləri saxlamağı tələb edib.

Hüquqşünaslar, həmçinin “Fox News”dan onun xarici biznes sövdələşmələrinə fokuslanan altı hissədən ibarət olan “Hanter Baydenin Mühakiməsi” adlı xüsusi yumoristik verilişi efirdən çıxarılmasını tələb ediblər.

Vəkillər telekanaldan aprelin 26-dək cavab tələb etsələr də, onların müraciəti cavabsız qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə