Edinburq hersoqu Ukraynaya səfər edib

Edinburq hersoqu Sofi Ukraynaya səfər edib. SİA xəbər verir ki, bu barədə Bukinqem sarayı məlumat yayıb. Qeyd edilib ki, Edinburq hersoqu Sofinin səfəri Britaniya Xarici İşlər Nazirliyinin tələbi ilə baş tutub. O, Ukrayna prezidenti Volodimir Zelenski və birinci xanım Olena Zelenskaya ilə görüşüb. Sofi, Kral Çarlzın məktubunu və şəxsi mesajını onlara çatdırıb. Hersoq həmçinin Buçadakı kütləvi məzarlığa da baş çəkib.

Qeyd edək ki, Edinburq hersoqu Sofi münaqişə başlayandan Ukraynaya səfər edən Britaniya kral ailəsinin ilk üzvüdür.

Sofi Kral Çarlzın qardaşı, Edinburq hersoqu Edvardın həyat yoldaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə