Semenovka kəndi rusların nəzarətinə keçib,..ruslar belə yazır

... “Donetsk Xalq Respublikası” ərazisində yerləşən Semenovka kəndi Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Aktiv döyüş əməliyyatları nəticəsində “Mərkəz” qoşun dəstəsinin bir hissəsi Semyonovkada mövqe tuta bilib.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri geri çəkilməyə başlayıb.

Döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin “Donetsk Xalq Respublikası”nın müxtəlif bölgələrində 4 briqadanın itirdiyi dəqiqləşdirilir.

Rusiya Silahlı Qüvvələri gün ərzində düşmən briqadalarının hücum qrupları və Ukrayna ordusunun 78-ci ayrı-ayrı hava desant-hücum alayının 10 əks-hücumunu dəf edib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski döyüş bölgəsində vəziyyətin ağır olaraq qaldığını etiraf edib. Onun sözlərinə görə, Rusiya ordusu bir neçə istiqamətdə taktiki uğurlar əldə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə