Çində təbii fəlakət can aldı

Çində iri dolu yağıb. SİA xəbər verir ki, 13,8 milyon əhalisi olan Quançjou şəhərində 140-dan çox sənaye obyektinə ziyan dəyib. Binaların şüşələri, vitrinləri sınıb, avtomobillər yararsız hala düşüb.

Şəhərdə küləyin sürəti 20 metr/saniyəyə çatıb, küçələrdə onlarla ağac aşıb.

Həmçinin bildirilib ki, doludan əvvəl güclü tornado baş verib, nəticədə beş nəfər həlak olub, daha 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə