Bu, Rəfahdakı əməliyyatdan qaçmağa imkan verə bilər...

...HƏMAS-ın girovların azad edilməsi ilə bağlı razılığı tərəflərə 6 həftəlik atəşkəs və İsrail ordusuna Rəfah şəhərində genişmiqyaslı əməliyyatdan yayınmağa imkan verəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ağ Evin sözçüsü Con Kirbi bildirib.

RİA Novosti ABC News telekanalına istinadən xəbər verir ki, Kirbi 6 həftəlik atəşkəsin daha uzunmüddətli həll variantının işlənib hazırlanmasına imkan verəcəyinə ümid etdiyini də bildirib.

O əlavə edib ki, HƏMAS indi girovların azad edilməsi ilə bağlı razılaşmanın şərtlərini nəzərdən keçirməyə davam edir.

Bundan əvvəl HƏMAS iki girovla bağlı 64 yaşlı Keyt Sigel və 46 yaşlı Omri Miranın ailələrinə müraciət etdiyi videonu yayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə