Odessadan olan ukraynalı tələbə Moskvadan qovulur...

Ruslara dəstək vermədiyi üçün...

Moskvada Odessadan olan Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin altıncı kurs tələbəsi Sergey Qulko sosial şəbəkələrdə Ukraynaya dəstək yazılarından sonra ümumilikdə 46 gün həbs edilib.

SİA-nın TASS-dan əldə etdiyi məlumata görə, Gülko həmçinin polisə tabe olmamaqda ittiham olunur.

...Bu gün məlum olub ki, Moskvanın Nikulinski Məhkəməsi Gülko haqqında 12 sutka həbs qərarı verib.

Səbəb onun “VKontakte” sosial şəbəkəsində Ukraynaya dəstək şüarı ilə yazması olub.

Bundan əvvəl polis tələbəni sənəd yoxlanışı zamanı pasportunu təqdim etmədiyi üçün saxlayıb. Polisə tabe olmadığına görə məhkəmə onu 10 sutka həbs edib.

...RİA Novosti-nin məlumatına görə, Gülko Moskvanın Lomonosovski prospektində yerləşən tələbə yataqxanasında yaşayır.

Onun etibarlı Ukrayna vətəndaşı pasportu var, o, Rusiya vətəndaşlığı üçün ərizə təqdim etməyib.

Polis Gulkonun sosial şəbəkələrini yoxlayan zaman Ukraynanı dəstəkləyən şüarlar yazılmış iki nəşr aşkarlayıb.

Bununla bağlı Moskvanın Tverskoy Məhkəməsi tələbəyə iki dəfə 12 sutka inzibati həbs cəzası verib.

RİA Novosti qeyd edir ki, Gülkoya üç gün ərzində Rusiyanı tərk etməsi tələbi ilə bağlı bildiriş verilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə