Tbilisi ilə Vilnüs arasında diplomatik qalmaqal yaranıb

Litvanın Gürcüstandakı səfirliyi Avropa Parlamentinin litvalı üzvü Petras Austreviçiusun Tbilisidə polisin son etiraz aksiyaları zamanı hərəkətləri ilə bağlı söylədiyi sözlərə görə aydınlıq gətirməlidir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Qeyd edək ki, bir gün əvvəl Avropa Parlamentində çıxış edən Austreviçius Avropa İttifaqı institutlarını martın 16-da Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyası zamanı xüsusi təyinatlılara rəhbərlik etmiş Zviad Xarebaşviliyə və Daxili İşlər Nazirliyinin patrul polis idarəsinin rəisi Vaja Siradzeyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bəzi məlumatlara görə, Xarebaşvili martın 16-da xüsusi təyinatlılara bir neçə nümayişçini döymək, Siradze isə deputat Aleko Elisaşviliyə martın 17-də hökumət evinin yaxınlığında keçirilən mitinq zamanı göstəriş verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə