Ursula fon der Leyeni Mario Draqi əvəzləyəcək..?

Makronun fon der Leyeni əvəz edəcək şəxs tapmaq istəyi məlum olub

Fransa prezidenti Emmanuel Makron hazırda Avropa İttifaqının dövlət və hökumət başçıları ilə Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizədlə bağlı danışıqlar aparır.

O, Ursula fon der Leyeni bu vəzifədən uzaqlaşdırmaq istəyir, SİA-nın əldə etdiyi məlumata görə, bubarədə Bloomberg-ə yazılan məqalələrdə bildirilir.

Maraqlıdır, deyilənlərə görə, beş il əvvəl fon der Lyayenin bu vəzifəyə təyin olunmasında Fransa liderinin böyük rolu olub.

Müşahidəçilər qeyd ediblər ki, Makron həmkarları ilə keçmiş Avropa Mərkəzi Bankının prezidenti Mario Draqinin Avropa İttifaqında əsas vəzifələrdən birinə seçilməsi imkanını müzakirə edib.

Hazırda ekspertlər aydınlaşdırıblar ki, bir çox Avropa İttifaqı ölkələri fon der Leyenin Avropa Komissiyası rəhbəri kimi fəaliyyətindən, ticarət danışıqları, iqlim dəyişikliyi və ABŞ-la münasibətlər sahəsindəki qərarlarından narazıdır.

Xatırladaq ki, Draghi 2011-ci ildə Avropa Mərkəzi Bankına səkkiz il rəhbərlik edib. Mütəxəssislərin fikrincə, o, Yunanıstan, İrlandiya, İtaliya, İspaniya və Portuqaliyada maliyyə böhranından çıxmaq üçün çox iş görüb. Maliyyə sektorundakı uğurlarına görə italyanlar onu “Super Mario” adlandırırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə