35 il də türmə həyatı olar..?

...Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin rəhbəri Vasili Piskarev təxribata görə həbs müddətinin 35 ilə qədər artırılmasını təklif edib. O bildirib ki, Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər artıq hazırlanıb və tezliklə Dövlət Dumasına təqdim olunacaq. Piskarev hökumətin onun təşəbbüsünü dəstəklədiyini də bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda təxribata görə cəza 30 ilə qədər həbsdir. İnsanlar təxribat nəticəsində həlak olarsa, cəza ömürlük ola bilər.

Bundan əlavə, Piskarevin sözlərinə görə, siyasi, ideoloji, milli və ya digər nifrət və ya düşmənçilik zəminində törədilmiş əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsinə görə məsuliyyətin gücləndirilməsi nəzərdə tutulur.

Piskarev hesab edir ki, bu cür düzəlişlər “xüsusi əməliyyat və düşmənin artan təxribat fəaliyyəti kontekstində” zəruridir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə