Simonyandan Rusiya ilə bağlı dediyi fikirlərə aydınlıq gətirilməsi istənilib...

Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin Ermənistan Milli Assambleyasına məktub göndərərək parlamentin spikeri Alen Simonyanın Rusiya ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirilməsini istəyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.

Xatırladaq ki, bundan əvvəl Simonyan İspaniyada Avropa İttifaqına üzv dövlətlərin parlament sədrlərinin konfransında Rusiya Federasiyasını aprelin 5-də Brüssel görüşü ərəfəsində “Ermənistana qarşı təhdid və dezinformasiya kampaniyası təşkil etməkdə”, “hibrid hücumlarda” ittiham edib.

Ermənistanın maraqlarını diktə etmək cəhdləri, həmçinin “Rusiyanın Ukraynaya təcavüzü” elan edilib.

Karasinin sözlərinə görə, bu bəyanatlar Rusiya ictimaiyyətinin son dərəcə mənfi reaksiyasına səbəb olub.

O qeyd edib ki, komitə seçicilərindən Simonyanın sözlərinin Ermənistan Milli Assambleyasının rəsmi mövqeyini açıq şəkildə əks etdirib- əks etdirmədiyini aydınlaşdırmaq üçün çoxsaylı müraciətlər alıb.

Bununla bağlı Karasin İrəvandan “konfransda kimin adından çıxış etdiyini və verdiyi qiymətləndirmələrin Rusiya Federasiyası ilə Ermənistan arasındakı müttəfiqlik münasibətlərinə və xalqlar arasında çoxəsrlik dostluq əlaqələrinə nə dərəcədə uyğun gəldiyini” izah etməyi xahiş edib.

...O, məktubu diplomatik kanallarla göndərdiyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə