ABŞ dövlət katibi Çində səfərdədir

ABŞ dövlət katibi Antoni Blinken Çində səfərdədir. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller "X" hesabında paylaşım edib. Bildirilib ki, ABŞ dövlət katibi Çinə səfəri çərçivəsində ilk dayanacağı olan Şanxay şəhərindədir.

"Onun səfəri əsas məsələlərdə irəliləyiş əldə etmək və ikitərəfli, regional və qlobal problemləri həll etmək üçün davamlı səylərimizin bir hissəsidir", - Miller qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə