Zaxarova bu təlimləri “kollektiv Qərbin aqressiv hərəkətləri” adlandırıb...

Rusiyalı səlahiyyətliyə görə, NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığında təlim keçməsi təhlükəlidir..?

...Və deməli, NATO ölkələri bu günlərdə Finlandiyada təlimlər keçirməyə hazırlaşırlar. Təbii ki, Rusiyada bu təlimlər təxribat xarakterli hesab olunur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib bunu.

O qeyd edib ki, Rusiya-Finlandiya sərhədi yaxınlığında təlimlər təhlükəlidir - bu, yeni hərbi insidentlərin riskini artırır.

Zaxarova əlavə edib ki, NATO bir vaxtlar neytral dövlətin, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı müzakirələrin iştirakçısı olan praktiki hərbi inkişafını davam etdirir, Rusiya isə bunu diqqətlə izləyir.

Maraqlıdır ki, Zaxarova qarşıdan gələn təlimləri “kollektiv Qərbin aqressiv hərəkətləri” adlandırıb.

Yeri gəlmişkən, xatırladaq ki, təlimlər aprelin 26-dan mayın 14-dək Niinisalodakı Pohjankanka poliqonunda baş tutmalıdır.

Deməli, təlimlərdə Finlandiya, Böyük Britaniya, Latviya və Estoniyadan olan əsgərlər iştirak edəcəklər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə