Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

Amerika Prezidenti Co Bayden bildirib ki, ABŞ dünya səhnəsini tərk edərsə, dünya lidersiz qalacaq. SİA Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, Floridada seçkiqabağı tədbirdə çıxış edən Baydenin sözlərinə görə, ABŞ ən vacib ölkədir.

Dövlət başçısı belə bir bəyanatın zarafat və ya öyünmə olmadığını vurğulayıb.

Dövlət başçısı həmçinin bildirib ki, seçkiqabağı sorğuların nəticələri onun xeyrinədir.

Bütün xəbərlər Facebook səhifəmizdə