Türkiyə-Yunanıstan arasında Etimad Tədbirləri Toplantısı

Türkiyə ilə Yunanıstan arasında Etimad Tədbirləri Toplantısı keçirilib.

Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumata görə, Yunanıstan Respublikası Milli Müdafiə Nazirliyinin ev sahibliyi ilə paytaxt Afinada Türkiyə və Yunanıstan nümayəndə heyətləri arasında Etimad Tədbirləri Görüşünün yeni mərhələsi olub.

Səfirlərin və yüksək rütbəli hərbi rəsmilərin iştirak etdiyi görüşdə tərəflər 2024-cü il ərzində əvvəllər razılaşdırılmış etimadın möhkəmləndirilməsi tədbirlərini yenidən qiymətləndirib və 2025-ci il üçün icra planını müzakirə ediblər.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, görüş müsbət atmosferdə keçib.

Növbəti görüş Türkiyə tərəfinin ev sahibliyi ilə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə