İki hərbi helikopterin toqquşması nəticəsində 10 nəfər ölüb...

Malayziyada iki hərbi helikopter, “AgustaWestland AW139” və “Eurocopter Fennec” havada toqquşub. Yerli "Malay Mail" nəşri ölkənin Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən yazır ki, 10 ekipaj üzvünün hamısı həlak olub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Malayziya Yanğınsöndürmə və Xilasetmə Xidmətinin məlumatına görə, hər şey Lumut şəhərində ölkənin Kral Dəniz Qüvvələrinin 90 illiyi münasibətilə keçirilən hava paradından əvvəl təlim uçuşu zamanı baş verib.

İki helikopterin qəzaya uğraması videoya çəkilib. Görüntülərdə bir qrup helikopterin uçuşu, eləcə də onlardan birinin digərinin rotorunu tutması və hər ikisinin yerə çırpılması anı lentə alınıb.

Deyilənlərə görə, toqquşma nəticəsində hərbi helikopterlərdən biri idman stadionunun pilləkənlərinə, digəri isə stadiondakı hovuza çırpılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə