Oklahomada 5 nəfərin meyiti tapılıb

ABŞ-nin Oklahoma ştatının eyni adlı şəhərində iki uşaq da daxil olmaqla beş nəfərin meyiti tapılıb. SİA ABC-yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları onları kütləvi qətlin qurbanı hesab edir. Bildirilib ki, ölənlərin hamısını yaşayış binasına çağırış üzrə gələn polis əməkdaşları tapıb . Meyitlərdə zorakılıq izləri olduğu vurğulanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə