Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını alqışlayıb. SİA xəbər verir ki, nazir bu haqda özünün “X” sosial şəbəkəsində paylaşım edib.

“Mən Azərbaycan və Ermənistanın 1991-ci il Almatı Bəyannaməsinə əsaslanaraq beynəlxalq sərhədlərinin delimitasiyası üzrə irəliləyiş əldə etməsini alqışlayıram. Onların diplomatiyası ilə ərazilərin dinc yolla qaytarılması və davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addım atılıb”,- deyə nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə