ABŞ-ın Yel Universitetində etiraz aksiyaları zamanı 47 nəfər həbs olunub

ABŞ-ın Yel Universitetində İsrail-HƏMAS müharibəsi əleyhinə etiraz aksiyaları zamanı 47 nümayişçi həbs olunub. SİA-nın “NBC News”a istinadən verdiyi məlumata görə, artıq 3-cü gündür tələbələr universitetin həyətində düşərgə qurublar. Polisin ərazini tərk etməklə bağlı xəbərdarlığına məhəl qoymayan tələbələr həbs olunub.

Etiraz aksiyaları ötən həftədən başlayaraq Kolumbiya Universiteti, Miçiqan Universiteti, Massaçusets Texnologiya İnstitutu, Emerson Kolleci və Tufts Universitetini əhatə edib. Universitetlərdə antisemitizm və islamafobiya ilə bağlı insidentlərin olmasına dair xəbərlər verilir. Ölkə boyu artan nümayişlər universitetlərdə yəhudi tələbələrlə bağlı narahatlıqların artmasına səbəb olub.

Aksiyalarla bağlı ABŞ Prezidenti Cozef Bayden jurnalistlərə açıqlamasında antisemitik etiraz aksiyalarını və Fələstinlə bağlı nələrin baş verdiyini anlamayanları qınadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə