Çeçenistanda yeni bir şəhər peyda olacaq...

Bunlar da...başlayıblar...

..."Kişi ölməyib hələ, böyük oğlunun kiçik toyunu deyirəm"...

Deməli, artıq dünəndən yerinə “adam axtarılan” Ramzan Kadırov bu gün Çeçenistanda yeni bir şəhərin peyda olacağını bildirib.

Yəni Çeçenistandakı Şelkovskaya kəndi şəhər statusu alacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə respublikanın başçısı Ramzan Kadırov şəxsən özü Telegram kanalında yazı verib.

Region rəhbərinin sözlərinə görə, parlament sədri Maqomed Daudov Kadırovun tapşırığı ilə Şelkovskaya şəhər statusunun verilməsi məsələsi ilə məşğul olmalıdır.

Kadırov vurğulayıb ki, bu, istehsalın keyfiyyətini yüksəldəcək, sosial-iqtisadi həyat səviyyəsini yüksəldəcək, həmçinin əraziləri investisiya baxımından daha cəlbedici edəcək.

Xatırladaq ki, Şelkovskaya kəndi Dağıstanla sərhəddə yerləşir. 2021-ci ilin məlumatına görə kəndin əhalisi 12,5 min nəfərdir. İndi 19 bələdiyyədən ibarət bir bölgənin inzibati mərkəzidir. Bu əraziyə görə Çeçenistanın ən böyük rayonudur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə