Dünya ölkələrinin hərbi xərcləri görünməmiş həddə çatıb...

Dünya ölkələrinin mümkün qədər tez silahlanma istəyi gözlənilməz münaqişələr riski daşıyır

...Dünya ölkələrinin hərbi xərclərinin ümumi həcmi rekordu yeniləyərək 2023-cü ilin sonunda 2,440 milyard dollar təşkil edib.

SİA-nın əldə etdiyi məlumata görə, “The Guardian” bu barədə Stokholm Sülh Araşdırmaları İnstitutunun son hesabatına istinadən yazır.

Nəşrin məlumatına görə, bu, qlobal müdafiə xərclərinin 2023-cü ildə göstərdiyi son dərəcə sürətli artım sayəsində mümkün olub: 2022-ci illə müqayisədə o, 6,8 faiz artıb ki, bu da 2009-cu ildən bəri ən yüksək göstəricidir.

“The Guardian”-da qeyd edildiyi kimi, Stokholm Sülh Araşdırmaları İnstitutunun analitikləri 2023-cü ildə apardıqları müşahidələrdən sonra ilk dəfə olaraq öyrəndikləri bütün beş coğrafi regionda - Afrika, Avropa, Asiya və Okeaniya, Amerika və Yaxın Şərqdə hərbi xərclərin artımını qeydə alıblar.

Stokholm Sülh Araşdırmaları İnstitutunun proqramının hərbi xərclər və silah istehsalı üzrə baş elmi işçisi Nan Tianın fikrincə, dünya ölkələrinin mümkün qədər tez silahlanma istəyi gözlənilməz münaqişələr riski daşıyır.

...Hərbi xərclərin görünməmiş artımı planetdə sülh və təhlükəsizlik baxımından deqradasiyaya birbaşa cavabdır.

Qeyd edək ki, “The Guardian” bunu Tianın sözlərindən sitat gətirir.

...Dövlətlər indi hərbi gücə üstünlük verirlər, lakin getdikcə gözlənilməz geosiyasi və təhlükəsizlik mənzərəsində onlar hərəkət və reaksiya spiralına çəkilmək riski ilə üzləşirlər.

Bunu da baş elmi işçi bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə