Voronejdə zavodda baş verən yanğında 3 nəfər ölüb

Voronejdə maşınqayırma zavodunda baş verən güclü yanğın zamanı 3 nəfər ölüb, daha iki nəfər yaralanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yanğın sexlərdən birinin 500 kvadratmetr sahəsini əhatə edib.

Alovla mübarizəyə 60-dan çox yanğınsöndürən cəlb olunub. Onlar yanan binadan hər an partlaya biləcək bir neçə qaz və bir oksigen balonunu çıxara biliblər.

Hazırda yanğın lokallaşdırılıb.

Artıq hadisə yerində İstintaq Komitəsinin və Prokurorluğun ekspertləri işləyir. Yoxlanılan versiyalardan biri tikinti və təmir işləri zamanı təhlükəsizlik qaydalarının pozulmasıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə