Peskov sülhməramlıların Qarabağdan çıxarılmasına aydınlıq gətirib...

Regionda Rusiya sülhməramlıları üçün “heç bir funksiya qalmayıb”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına aydınlıq gətirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS Birinci Kanalın yayımına istinadən xəbər verir.

Peskovun sözlərinə görə, regionda Rusiya sülhməramlıları üçün “heç bir funksiya qalmayıb”.

O, həmçinin əlavə edib ki, bu, Ermənistanın Azərbaycan sərhədlərini tanımasından sonra mümkün olub.

...Bu (sülhməramlıların geri çəkilməsi – redaktorun qeydi) Ermənistanın 1991-ci ildən Azərbaycanın sərhədlərini tanımasından sonra regionda formalaşan hazırkı reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və onlar üçün artıq funksiya qalmayıb, - deyə o, izah edib.

Xatırladaq ki, aprelin 17-də Peskov Rusiya sülhməramlılarının Qarabağı tərk etdiyini açıqlamışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə