Miqrant Rusiya Qəhrəmanını döyüb...

Moskva yaxınlığındakı Vırubovo kəndində polis Rusiya Qəhrəmanının döyülməsi ilə bağlı cinayət işi açıb.

SİA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Bundan əvvəl Mərkəzi Asiyadan olan miqrantın 1955-ci il təvəllüdlü yerli sakinə hücumu barədə məlumat yayılıbmış. Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin rusiyalının traktorla şikəst edilməsi ilə bağlı məlumatı yoxlamağı əmr edib.

Məlum olub ki, şübhəli şəxs 2001-ci il təvəllüdlüdür və o hazırda saxlanılıb.

Həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Və ona əlavə məhkəmə-tibbi ekspertizası təyin edilib.

Xatırladılır ki, miqrantla Moskva vilayətinin sakini, Rusiya Qəhrəmanı Yevgeni Çernyayev arasında münaqişə ötən ilin yazında baş verib. Zərərçəkənin sözlərinə görə, bağ evlərinin tikintisi ilə məşğul olan fəhlələr yol hərəkəti qaydalarının pozulması ilə bağlı irad bildirdikdən sonra onun sözlərinə son dərəcə mənfi reaksiya veriblər.

Onlardan biri onu traktoru qəhrəmanın üstünə sürüb və sonra onu döyüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə