Ramzan Kadırovun varisi kim olacaq..?

Kreml çox güman ki, Çeçenistanın rəhbəri Ramzan Kadırovun varisi ilə bağlı qərar verib: o, çeçen xüsusi təyinatlı “Axmat”ın komandiri Apti Alaudinov olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, “Novaya qazeta Europe”un hazırladığı araşdırmanın nəticələridir.

Aprelin 16-da prezident Putin Alaudinovun Rusiya Müdafiə Nazirliyinin Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb. Nəşrin tədqiqatçıları bu təyinatı “Apti Alaudinovun gələcək möhtəşəm karyerasında” tramplin adlandırıblar.

Qəzet xatırladır ki, 2023-cü il dekabrın 18-də Moskvada “Vahid Rusiya”nın qurultayı keçirilib və orada nümayəndələr Vladimir Putinin beşinci müddətə prezidentliyə namizədliyini dəstəkləyiblər.

Qurultayda Alaudinov da çıxış edib. O, xüsusilə ənənəvi dəyərlərdən və dindən danışıb. Apti Alaudinovun bu çıxışı onun sürətli karyera yüksəlişinin ilk mühüm siqnalı olub.

Bunu da media yazır.

Yadınızda olar, yanvarda Alaudinovun prezident seçkilərində Putinin etibarlı adamı olması xəbəri yayıldı.

Mart ayında Alaudinov “Vaqner” PMC-nin üç min əsgərinin rəhbərlik etdiyi “Axmat” xüsusi təyinatlı dəstəsinə köçürülməsi ilə bağlı danışıqları uğurla başa çatdırdı və aprel ayında Müdafiə Nazirliyi yanında "siyasi təlimatçı" təyin edildi.

...Mətbuat iddia edir ki, həkimlərin pankreas nekrozu diaqnozu qoyduğu Ramzan Kadırovun sağlamlıq vəziyyəti tam sağalmaq üçün heç bir ümid yaratmır. Həmçinin bildirilir ki, 2023-cü ildə Kadırov şiddətli ağrı və yuxusuzluq səbəbindən qəbul etdiyi trankvilizatorun həddindən artıq dozası səbəbindən tibbi səbəbli komaya salınıb.

Nəşrin mənbələri iddia edir ki, bundan sonra həkimlər Kadırovun vəziyyətini stabilləşdirə biliblər, lakin onun beyninin müayinəsinin nəticələri Kadırovun qohumlarını depressiyaya salıb..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə