Putin rus yəhudilərini Pasxa bayramı münasibətilə təbrik edib

Rusiya prezidenti Vladimir Putin yəhudilərin Misirdən köçməsi bayramı olan Pasxa bayramı münasibətilə yəhudi icmasına təbrik teleqramı göndərib.

SİA-nın əldə etdiyi məlumata görə, təbriklərin mətni Kremlin rəsmi saytında yerləşdirilib.

Putin icmanın Rusiya Federasiyasında millətlərarası və dinlərarası dialoqun gücləndirilməsinə mühüm töhfəsini qeyd edib. Bundan əlavə, dövlət başçısı vurğulayıb ki, rus yəhudiləri gənclərin tərbiyəsində və təhsildə, mərhəmət və xeyriyyəçilikdə fəal iştirak edirlər.

Xatırladaq ki, Pasxa aprelin 22-də gün batdıqdan dərhal sonra başlayır.

Bayram yəhudi xalqının Misirdən çıxmasını xatırladır.

Bu hadisə yəhudilərin dirçəlişini və Qədim Yəhudeyaya tarixi səyahətini simvollaşdırır.

Sonra yəhudiliyin əhdlərinə görə, yəhudilər Vəd edilmiş torpağı tapmalı və müstəqil dövlət qurmalı idilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə