ABŞ qoşunlarını Nigerdən çıxaracaq

ABŞ hərbi çevrilişdən sonra hakimiyyətə gələn administrasiyanın tələbi ilə Qərbi Afrika ölkəsi Nigerdən əsgərlərini geri çəkməyə razılaşıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qoşunların çıxarılması barədə qərar ABŞ dövlət katibinin müavini Kurt Kempbell və Niger baş naziri Əli Mahaman Lamine Zeyne arasında Vaşinqtonda keçirilən görüşlərdən sonra qəbul edilib. Xəbərdə ABŞ-ın Saxara səhrasında Aqadez yaxınlığında yerləşən pilotsuz uçuş aparatları bazasını bağlamağa razı olduğu bildirilib.

ABŞ nümayəndə heyətinin təxminən 1000 əsgərin nizamlı şəkildə geri çəkilməsini təmin etmək üçün bir neçə gün ərzində Nigerin paytaxtı Niameyə getməsi gözlənilir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə