Dubay aeroportu fəaliyyətini tam bərpa edib

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş verən intensiv leysana görə işini dayandırmış Dubay aeroportu fəaliyyətini tam bərpa edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hava limanının hər 3 terminalı sərnişinlərə adi rejimdə xidmət göstərir. Kiçik istisnalarla bütün beynəlxalq reyslər vaxtında qəbul edilib yola salınır. Yük terminalı da normal iş rejiminə qayıdıb.

Bununla belə, daşqınlar vaxtı itmiş çantaların sahiblərinə qaytarılması prosesi hələ başa çatmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə