Müharibədən qayıdan “Vaqner”-çi 20 yaşlı sevgilisini parçalayıb

Muzdlu qızı ailədaxili münaqişə zəminində öldürərək parçaladığını etiraf edib

...Leninqrad vilayətinin Nikolskoye kəndində müharibədən qayıdan “Vaqner” özəl hərbi şirkətinin muzdlusu sevgilisini öldürdükdən sonra parçalayaraq çamadana yığıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Fontanka” nəşri yazıb.

Nəşrin məlumatına görə, 42 yaşlı Aleksey Serov ötən ilin yayında Ukraynadan qayıtdıqdan sonra işləmək üçün Leninqrad vilayətinə gəlib.

O, Udmurtiyadakı bir koloniyadan döyüşə gedib, burada “Vaqner” ilə müqavilə bağlayaraq, qətlə görə 12 il həbs cəzası çəkib.

Aprelin 21-nə keçən gecə anası qızının itkin düşməsi barədə məlumat verdikdən sonra Serov öldürülmüş 20 yaşlı Sankt-Peterburq sakininin mənzilində saxlanılıb.

Saxlanılan şəxsin üzərindən içərisində insan qalıqları olan çamadan tapılıb.

...Muzdlu qızı ailədaxili münaqişə zəminində öldürərək parçaladığını etiraf edib.

Yeri gəlmişkən, bu gün Rusiya mətbuatında Ukraynaya qarşı müharibədən qayıdanların törətdiyi ağır cinayətlər, o cümlədən qətl və zorlamalar barədə mətbuatda mütəmadi məlumatlar verilir. Artıq yüzlərlə belə hal məlumdur. Onların yaratdığı rezonans Kremli nəzarətində olan jurnalistlərə belə hadisələrdən danışmamağı tövsiyə etməyə məcbur edib.

...Mart ayında Rusiya Dövlət Duması hərbi xidmət üçün müqavilə bağlayanların kiçik və orta ağırlıqda olan cinayətlərə görə cinayət məsuliyyətindən azad ediləcəyi qanun layihəsini qəbul edib. Əvvəllər cinayət törətməkdə təqsirli bilinən müharibə iştirakçıları Rusiya prezidentinin imzaladığı əfv fərmanı ilə cəzadan azad edilirdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə