Ermənistan-İran avtomobil yolu bağlanıb

Ermənistan-İran dövlətlərarası avtomobil yolunun 234-cü kilometrliyindən sel keçib və torpaq sürşməsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ermənistan Yol İdarəsindən məlumat verilib.

Nəticədə Ltsen-Tatev yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Hazırda ərazinin təmizlənməsi və hərəkətin bərpası istiqamətində işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə