ABŞ Ukraynaya 60-a qədər hərbi müşavirini göndərməyi düşünür

Birləşmiş Ştatlar Kiyevdəki səfirliyindəki Müdafiə Əməkdaşlığı İdarəsinə əlavə hərbi müşavirlər göndərməyi düşünür.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aprelin 20-də “Politico” Pentaqonun sözçüsü Pat Rayderə və Amerika rəsmilərinə istinadən xəbər yayıb.

Rayderin sözlərinə görə, məsləhətçilər döyüş tapşırıqlarını yerinə yetirməyəcək, ancaq Ukrayna hökumətinə və hərbçilərinə məsləhət eləcə də dəstək verməyə cəmləşəcəklər. Bununla belə, Müdafiə Əməkdaşlığı İdarəsi eksklüziv olaraq Müdafiə Departamentinin əməkdaşlarından ibarətdir, ABŞ Səfirliyinin bir hissəsidir və missiyanın rəhbərinə hesabat verir.

Təhlükəsizlik səbəbi ilə Pentaqon səfirlikdəki nümayəndələrinin sayını dəqiqləşdirmir.

Dörd ABŞ rəsmisi və Pentaqonun planları ilə tanış olan mənbələr əlavə qüvvələrin ABŞ-ın Ukraynaya göndərdiyi silahların logistikasını və nəzarətini dəstəkləyəcəyini bildirib. Həmçinin, yeni Amerika kontingenti Ukrayna ordusuna silahların saxlanmasında kömək edəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə