Yeddi nəfər ölüb, 20-dən çox insan yaralanıb

Şri-Lankada yarış zamanı avtomobil trasdan çıxaraq tamaşaçı kütləsinin üzərinə sürüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hadisə Diyatalava şəhərində baş verib.

Belə ki, burada keçmiş hərbi qarnizonun ərazisindəki adada keçirilən Fox Hill Super Cross kross yarışı keçirilib.

...Yeddi nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Yarışı izləməyə 100 mindən çox insanın gəldiyi qeyd edilir. Bundan əvvəl Macarıstanın şimalında mitinq zamanı baş verən qəza nəticəsində 4 nəfərin öldüyü bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə