"Prezident olmaq mənim üçün hələ tezdir..?"

...Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul (qızlıq familiyası Buyuklı-A.B.) bildirib ki, o, 2024-cü ildə Moldova prezidenti postuna namizədliyini irəli sürmək niyyətində deyil.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazıb. Qutsul bazar günü, aprelin 21-də jurnalistlərə mövqeyini açıqlayıb. O, buna səbəb kimi yaş məhdudiyyətini göstərib. Qeyd edək ki, onun cəmi 37 yaşı var.

...Konstitusiyaya görə, edə bilmərəm. Yaş məhdudiyyətimiz var, yəni 40 yaşdan sonra. Ona görə də, mənim üçün hələ tezdir.

Bunu deyən Yevgeniya Qutsul əlavə edib ki, Moldova müxalifəti tezliklə prezidentliyə vahid namizədin adını açıqlayacaq.

Bu, "məqsədi Moldovanın çiçəklənməsi olan səlahiyyətli bir insan" olacaq.

Qeyd edək ki, bazar günü Moskvada Moldova müxalifətinin qurultayı keçirilib. Şor partiyasının sədri İlan Şor bildirib ki, hadisə Rusiyada baş verir, çünki bu gün Moldova “ələ keçirilmiş dövlətdir”.

Yeri gəlmişkən, Şor “Qələbə” siyasi blokunun yaradıldığını elan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə