Zelenski “Ukraynanın qalib gəlmək şansı var” deyir...

...Ukrayna prezidenti Vladimir Zelenski NBC News telekanalında çıxış edərək, Ukraynaya 60 milyard dollardan çox yardım paketini təsdiqlədikləri üçün Amerika rəsmilərinə təşəkkür edib.

...Düşünürəm ki, bu dəstək [Ukrayna] Silahlı Qüvvələrini həqiqətən gücləndirəcək və bizim qalib gəlmək şansımız olacaq. Əgər Ukrayna həqiqətən də bizim çox ehtiyacımız olan, minlərlə əsgərin bu qədər ehtiyacı olan silah sistemini alsa...

Zelenski bildirib bunu.

Bir daha xatırladaq ki, Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi ilə bağlı qanun layihələri aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatasında təsdiqlənib. Bundan əlavə, parlamentarilər Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinə, faktiki olaraq Kiyevə verilməsinə dair sənədlərə səs veriblər. Həmçinin bildirilib ki, ABŞ-ın Konqresdə indiyədək dondurulmuş 60 milyard dollarlıq tranşdan başqa, Ukraynaya hərbi dəstək üçün ehtiyat planı yoxdur.

Yeri gəlmişkən, “The Wall Street Journal” yazır ki, ABŞ-ın yeni yardımı çətin ki, Ukraynanın münaqişədəki mövqeyinə ciddi təsir göstərsin.

Qəzet xüsusi əməliyyat zonasındakı vəziyyəti təhlil edərək müvafiq nəticələrə gəlib. Nəşrin məlumatına görə, Ukrayna ordusunda kəskin kadr və artilleriya mərmiləri çatışmazlığı var. İddia olunur ki, yeni yardım Kiyevə yalnız Rusiyanın hücumlarını dəf etməyə və ərazini saxlamağa imkan verəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə