Patriarx Kirill "məni qorxuda bilməzsiniz" deyir...

...Moskva və Bütün Rusiyanın Patriarxı Kirill ona qarşı tətbiq olunan sanksiyalardan danışıb. Onu qorxutmadıqlarını bildirib.

...İndi patriarxa xaricə getməyi qadağan edirlər? Guya bununla bizi qorxuda bilərdilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu deyən patriarx əlavə edib ki, həyatı boyu bütün qitələrdə 120-dən çox ölkəyə səfər edib.

...Mən hər şeyi gördüm, hər şeyi eşitdim, həyatımın qalan hissəsini bu təcrübə ilə yaşamaq üçün kifayət qədər təcrübəm var.

Patriarx, ona qarşı tətbiq edilən sanksiyaların Rus Pravoslav Kilsəsinin “fərqli sivilizasiyalı inkişaf yolu” seçməsi və başqalarına meydan oxuması ilə bağlı ola biləcəyini irəli sürüb.

Xatırladaq ki, Patriarx Kirill 2022-ci il fevralın 24-dən sonra sanksiyalara məruz qalıb. Buna qarşı məhdudiyyətlər Böyük Britaniya, Çexiya, Kanada, Litva və Ukrayna tərəfindən qoyulub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə