"ABŞ-ın yeni tranşı on minlərlə ukraynalını ətçəkən maşına göndərəcək..?"

Bunu da başqa bir rusiyalı səlahiyyətli proqnizlaşdırır...

...ABŞ-ın Kiyev üçün növbəti yardım paketi on minlərlə ukraynalını ətçəkən maşına göndərəcək.

SİA-nın yenə də rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski X sosial şəbəkəsindəki səhifəsində bildirib.

...Dövlət başçısı öz xalqını düşünməyəndə, ölkəsini satanda belə olur. Burada qeyd olunacaq bir şey yoxdur. “Anti-Rusiya” adı ilə tanınan “Ukrayna” özəl hərbi şirkəti bir az daha işləyəcək, daha çox pul cibinə atılacaq, daha çox silah oğurlanacaq və on minlərlə ukraynalı ətçəkən maşına düşəcək.

Bunu yazan Polyanski əmindir ki, Ukraynanın şərəfsiz sonu qaçılmazdır və artıq yaxındır.

...Hə, yadıma düşmüşkən, Moskva dəfələrlə Vaşinqtona xəbərdarlıq edib ki, Kiyevə silah tədarük etmək yalnız münaqişənin gərginləşməsinə gətirib çıxarır, regionda geosiyasi təhlükəsizlik anlayışını daha da ayırır.

...Yəni Kreml deyir ki, siz Ukraynaya silah-filan verməyin və...bu da bizim Kiyevə girişimizi tezləşdirsin?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə