Bilirsiniz, Vaşinqton Kiyevi niyə silahlandırır?

Rusiya Federasiyası...yox, onun “səlahiyyətli nümayəndəsi” Amerikanın Ukraynaya yeni yardım paketinin məqsədini açıqlayıb

"...Vaşinqton Moskvaya qarşı genişmiqyaslı təxribatı həyata keçirmək üçün Ukraynaya yeni yardım paketi vermək qərarına gəlib”.

Bəli!

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Biz Rusiya ilə birlikdəyik” Zaporojye ictimai hərəkatının rəhbəri Vladimir Roqov deyib.

...Maraqlıdır ki, Roqov burada məsələnin mahiyyətini “xırdalayaraq” söhbətin Ukraynadan Rusiya Federasiyası ərazisində mütəmadi olaraq təxribat cəhdlərindən və mülki hədəflərin atəşə tutulmasından getdiyini deyir.

Bundan əlavə, o, xəbərdarlıq edib ki, bütün bu hərəkətlər münaqişəni gərginləşdirmək və Moskvanı taktiki nüvə silahından istifadə etməyə təhrik etmək olacaq.

...Bu, Qərbə lazımdır ki, təbii ki, hər şeydə bizi günahlandırmaq üçün...

Bunu da deyən Roqovun fikrincə, Ukraynanın xarici tərəfdaşları Rusiya Federasiyasının nüvə təhlükəsizliyi perimetrini azaltmaq istəyir.

...Bundan sonra Birləşmiş Ştatlar və onun müttəfiqləri guya “zəifləmiş Rusiyaya” qarşı qlobal münaqişəyə hazırlığa başlamağı gözləyirlər.

Deyəsən Roqov bununla yekunlaşdırıb..?

Xatırladaq ki, aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya təxminən 61 milyard dollarlıq hərbi yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsinə səs verib. Sənədi 311 konqresmen bəyənib,..112 deputat isə buna qarşı çıxıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə