Qərb Sandunu da Zelenskiyə “çevirir”,..Lavrov belə deyib

...Qərb ölkələri Moldova prezidenti Maia Sandu ilə aqressiv və nalayiq şəkildə işləyirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Moskva danışır”, “Komsomolskaya pravda” və “Sputnik”ə müsahibəsində deyib.

O qeyd edib ki, Qərb “aqressiv, canfəşanlıqla, heç bir ədəb-ərkanı tanımadan” Sandanı ya birbaşa, ya da Rumıniya ilə əlaqə vasitəsilə Moldovanı NATO-ya sürükləyən şəxsə çevirir.

Lavrov əlavə edib ki, eyni rol daha əvvəl Ukrayna lideri Vladimir Zelenskiyə həvalə edilib. O, bir qədər əvvəl qeyd edib ki, Moldova Qərb ölkələrinin Rusiyaya qarşı hibrid müharibəsinin növbəti qurbanına çevriləcək.

Lavrovun sözlərinə görə, Qərb ölkələri də Dnestryanı gərginlik ocağına çevirməyi planlaşdırır. Nazirin sözlərinə görə, Qərb “sadəcə Rusiyanı növbəti strateji məğlubiyyətə uğratmaq üçün bu birləşməni hərbi yolla yatırtmaq” niyyətindədir.

"Lakin onların hələ də perspektivləri yoxdur", - nazir əlavə edib.

Bundan əvvəl “İzvestiya” qəzeti moldovalı ekspertlərə istinadən yazıb ki, Kişinyov Dnestryanı və Qaqauziyanı respublikaya tam inteqrasiya etmək istədiyi üçün onlara təzyiq göstərir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə