Almaniya skuterdən istifadəni qadağan edib

Parisdən sonra başqa bir şəhər “yox” dedi, bu dəfə Almaniya skuterləri qadağan etdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, keçən il Paris şəhəri skuterlərdən istifadəni tamamilə qadağan etmişdi. Gələn həftə sonundan etibarən Almaniyanın Gelzenkirxen şəhərinin küçə və səkilərində skuterdən istifadəyə icazə verilməyəcək.

Gelzenkirxen bələdiyyəsi skuterlərin şənbə gününə qədər yığılmasını istəyib. İcarəyə skuter təklif edən "Bolt" və "Tier" adlı şirkətlər qadağaya qarşı məhkəmə iddiası qaldırıb. Lakin Gelzenkirxen İnzibati Məhkəməsi hələlik bələdiyyənin xeyrinə qərar çıxarıb. Məhkəmə qadağanın qanuni olduğuna və şəhərdə cəmi 350 icarəyə götürülmüş skuterin ən geci şənbə gününə qədər yığışdırılacağına qərar verib. Bununla belə, skuterlərin şəxsi istifadəsi davam edəcək.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə