ABŞ-ın İsraildəki səfirliyi təhlükəsizliklə bağlı xəbərdarlıq edib

ABŞ-ın İsraildəki səfirliyi İsrailin İrana qarşı qisas alması xəbərindən sonra işçiləri və onların ailələri üçün təhlükəsizlik xəbərdarlığı edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik xəbərdarlığında səfirlik əməkdaşları və onların ailələri üçün Təl-Əviv, Qərbi Qüds və Beer-Şeba şəhərlərindən başqa ərazilərə şəxsi səfərlərinin məhdudlaşdırıldığı bildirilib. Bəyanatda bu qərarın İsrailin İrana cavab hücumu həyata keçirməsi ilə bağlı yayılan xəbərlərdən sonra son dərəcə ehtiyatlılıqdan alındığı bildirilib.

İran mediası İran Hərbi Hava Qüvvələrinin yerləşdiyi İsfahan vilayətinin şimal-şərqində partlayış səslərinin eşidildiyini bildirib. İsfahan vilayətində baş verən partlayış səslərinin ardınca Tehran, İsfahan və Şirazda və İranın bəzi bölgələrində uçuşların dayandırıldığı bildirilib. Amerika mediası ABŞ rəsmilərinə əsaslanan xəbərlərində İsrailin İran ərazisinə hücum etdiyini yazıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə