G7 Ukraynaya hərbi təchizatı artırmağı planlaşdırır

...G7 üzvləri Ukraynaya hərbi yardımın həcminin artırılması ilə bağlı razılığa gəlmək istəyirlər. Söhbət həm də hava hücumundan müdafiə sistemlərindən gedir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazıb.

Nəşr göstərir ki, Kapri adasında görüşən G7 nazirləri Ukraynaya hərbi texnika tədarükünü artırmaq barədə razılığa gələcəklər.

Nəşr iclasın bəyanat layihəsinə istinadən yazır ki, onlar “Ukrayna özünü müdafiə edərkən onu dəstəkləməkdə” sarsılmaz qərarlı olduqlarını təsdiq edəcəklər.

Layihədə həmçinin bildirilir ki, G7 üzvləri insanların həyatını xilas etmək və mühüm infrastrukturu qorumaq üçün ən yaxşı üsul kimi Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək istəyirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə