Aksenov: “Krımdakı bütün təxribat qrupları saxlanılıb..?”

...Krımın rəhbəri Sergey Aksenov Rusiya prezidenti Vladimir Putinlə onlayn görüşdə bildirib ki, yarımadanın ərazisində fəaliyyət göstərən bütün təxribat qrupları təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Putinlə region rəhbəri arasında söhbət Kremlin rəsmi saytında dərc olunub.

Aksenovun sözlərinə görə, əməliyyatlarda Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, prokurorluq, həmçinin İstintaq Komitəsi və Milli Qvardiyanın əməkdaşları iştirak ediblər.

Qurum rəsmisi qeyd edib ki, hazırda xüsusi xidmət orqanları cinayətkarlığın qarşısının alınmasına çalışır.

...Biz barmağımızı nəbzdə saxlayırıq. İstisnasız olaraq hər şey nəzarət altındadır. Bizim çox güclü hüquq-mühafizə blokumuz var.

Aksenov bildirib bunu.

Qeyd edək ki, bundan əvvəl Krım lideri özünü “prezidentin əsgəri” adlandırmışdı.

Xatırladaq ki, Sergey Aksenov 2014-cü ildən regiona rəhbərlik edir. O, Krımın Rusiya Federasiyasına birləşdirilməsi prosesində iştirak edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə