Türkiyədəki zəlzələ bir neçə tikiliyə ciddi ziyan vurub...

Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra tikiliyə ciddi zərər dəyib.

SİA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Məlumata əsasən, Tokatın müxtəlif bölgələrində bir ev və iki məscidin minarələri dağılıb. Yeraltı təkanların təsirindən Yozqat şəhərinin də müxtəlif məhəllələrində üç ev çöküb. Təbiət hadisəsi zamanı Tokatda bir nəfər xəsarət alıb.

Hadisə yerlərinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə