Son iki həftədə 75 terrorçu da zərərsizləşdirilib

İraq və Suriyanın şimalında terrorla mübarizə əməliyyatları qətiyyətlə davam etdirilir.
Son iki həftədə İraqın və Suriyanın şimalında həyata keçirilən əməliyyatlar nəticəsində separatçı terror təşkilatı PKK-nın 75 üzvü zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
2024-cü il yanvarın 1-dən etibarən zərərsizləşdirilən terrorçuların sayı 748-ə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə