"Boeing" təyyarə şirkətinin mühəndisindən qorxunc AÇIQLAMA

“Boeing” aviasiya şirkətinin mühəndisi Sam Salehpur bildirib ki, “Boeing” təhlükəsizlik məsələlərini həll etməsə, yüzlərlə insan həlak ola bilər və şirkət tərəfindən istehsal olunan bütün "787 Dreamliner" təyyarələri uçuşa buraxılmalıdır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Boeing"i bütün 787 təyyarələrini yoxlamaq üçün yerə endirməyə çağıran Salehpur bildirib ki, gövdənin bəzi hissələri minlərlə uçuşdan sonra sıradan çıxa və yüzlərlə insanın həyatına baha başa gələ bilər. İclasda ifadə verən keçmiş "Boeing" mühəndisi Ed Pierson şirkətin son təhlükəsizlik böhranına səbəb olan kabin panelindəki partlayışdan sonra "cinayətin ört-basdır edildiyini" iddia etdi.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə