Radioaktiv tullantı sularının okeana axıdılmasının yeni mərhələsi başlayır

Yaponiyanın şimal-şərqində yerləşən Fukusima Dai-i Atom Elektrik Stansiyasında toplanmış radioaktiv təmizlənmiş tullantı sularının okeana axıdılmasının yeni mərhələsi sabah başlayacaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, zavodun operatoru Tokiyo Elektrik Pover (TEPCO) şirkətinin bəyanatına görə, aprelin 1-də başlayan 2024-cü maliyyə ilinin ilk tullantı sularının axıdılması mərhələsi 19 aprel - 7 may tarixləri arasında həyata keçiriləcək. Bu mərhələdə 7 min 800 ton tullantı suyu axıdılacaq. 2025-ci il martın 31-də başa çatacaq 2024-cü maliyyə ili ərzində əməliyyat şirkəti 7 axıtma mərhələsində ümumilikdə 54,6 min ton çirkab suyunu okeana axıtmağı planlaşdırır.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə